12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilib.
Azərbaycan Respublikası Audiovizual Şuradan Lent.az-a verilən məlumatda qeyd edilib ki, iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.
Fevralın 17-də "ARB" televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.
Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında" qanunun 7.2-ci maddəsini, "Media haqqında" qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.
Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilmiş, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.
"ARB" televiziyasının yayımı reklama görə dayandırıldı
12
aprel
14:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat