Ermənistan silahlı qüvvələri Ağcabədi və Ağdam rayonlarının yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur.
Ağcabədinin İmamqulubəyli kənd icra nümayəndəsi Hamlet Ağayevin APA-ya verdiyi xəbərə görə, kəndə düşən mərmilər 2 fərdi evdə dağıntılara səbəb olub. Sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan dəyib. Kənd məzarlığına düşən top mərmiləri məzarüstü qəbir daşlarını dağılıb. Eyni zamanda yerli sakinlərə məxsus mal-qara tələf olub.
Ermənilər səhər saat 00:05 radələrindən başlayaraq Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Yerli sakinlərin verdiyi xəbərə görə, mərmilərdən bir neçəsi rayonun Xındırıstan kəndində yaşayış evlərinə və Mexaniki Suvarma Sistemləri İdarəsinə düşüb. Sakinlər arasında xəsarət alan olmasa da, yerli sakinlərə maddi ziyan dəyib.
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutdu - FOTOLAR
31
oktyabr
12:56

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar