“ATƏT-in Minsk Qrupu heç vaxt bu qədər aciz duruma düşməmişdi”.
Cebhe.info xəbər verir ki, bu fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun illər uzunu bölgəyə hər səfəri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlər medianın diqqət mərkəzində olurdu:
“Onlar müxtəlif həll planları hazırlayır, onun ətrafında uzun-uzadı müzakirələr aparırdılar. Əslində isə həmsədrlər 27 il ərzində işğalçının nazı ilə oynadılar. Belə vəziyyətdə müharibə qaçılmaz idi, bunu mən illər uzunu söyləyirdim. Bu illərdə jurnalistlərin həmsədrlərin səfərləriylə bağlı çoxsaylı suallarına cavabı bu idi: “İşğalçı qarşısında real güc görməyənə qədər torpaqlarımızı boşaltmayacaq”. Biz hazırda bununla məşğuluq.
Həmsədrlərin Cenevrədə təşkil etdiyi görüş prezidentin dediyi kimi “bir görüş az və ya bir görüş çox” mənasını daşıyırdı. Həmsədrlər nazirlərin Moskva və Vaşinqton görüşlərindən sonra Cenevrədə görüş təşkil etməklə, sadəcə “biz də varıq” demək - nahaq yerə maaş almadıqlarını “sübut” etmək istəyirdilər. Həmsədrlərin bəyanatı heç nə ifadə etmir.
“Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” - AÇIQLAMA
31
oktyabr
13:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat