Aprelin 14-də Abşeron rayonu Xırdalan şəhərində intihara cəhd hadisəsi baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü İ.Mahmudova (şərti) saat 19 radələrində yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd edib. Xəstəxanaya çatdırılan 42 yaşlı qadına tibbi yardım göstərilib və o, evə buraxılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Mahmudova intim görüntüləri yayıldığı üçün intihara cəhd edib. O, videosunu çəkərək yayan şəxslə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, bu ilin yanvar ayında Qaradağ rayonu ərazisindəki evdə təmizlik işləri aparan zaman həmin evin sahibi olan Nurlan (şərti) adlı şəxsin təcavüzünə məruz qalıb. O, həmin şəxsin onu soyunduraraq videoya çəkdiyini və hədə-qorxu gələrək 410 manat pulunu almasını qeyd edib.
Şikayətçi qadın həmçinin bildirib ki, Nurlan onun çılpaq görüntülərini daha sonra iş yoldaşına göndərərək videonu yayıb.
Baş vermiş hadisə və polisə şikayətlə bağlı araşdırmalara başlanılıb.
Videosu ilə təhdid olunan qadın intihara cəhd etdi
17
aprel
14:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat