"Biz dörd bacı bir-birimizə heç nə deməmişik. Amma demək olar ki, yoxuq. Elza Seyidcahan mənim gözlərimə baxsın desin ki, "Nədən oldu ayrılıq?" Kim itirdi ki? Mən itirmədim, amma o itirdi. Ona nə gəldi geyindirirlər. Onu güldürürlər. Başına xoruz qoyurlar. Elza Seyidcahan üçün hər şey etmişəm. O bilir ki, mən kiməm. Ona görə də mənim üzümə çıxmır".
Bu sözləri "Maqazin plus"a açıqlamasında Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan deyib. 
Bacısı ilə uzun müddətdir aralarında gərginlik yaşayan Lalə xeyli gileylənib.
O, Elzaya hər zaman yaxşılıq etdiyini lakin ondan qarşılıq görmədiyini bildirib:
"Nəslin böyük nəvəsiyəm, evin böyüyü mənəm. Elza bunlara görə cavab verəcək. Niyə bizdən qaçır? Axı biz hər şeyi onun üçün etmişdik. Artıq saxlasın oyunu! Bəsdir! Mən səni həmişə geyindirmişəm, bəzəmişəm, səndən pul istəməmişəm. Nələrsə tələb etməmişəm. Amma sən yoxsan! Mən onun hesabını ondan alacam! Bu həytada ürək qırmaqdan pis heçnə yoxdur. Üz-üzə oturacağıq. Bir gün ölsək də, mütləq bir-birimizi çağıracağıq. Onda mən onları deyəcəm!"
Ətraflı videoda:



скачать dle 12.1