Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic qəsəbə sakinləri Qurban Mehdiyev, Mixail Xalatov və Quba rayonu, Vladimirovka kənd sakini Mövsüm Mursəliyev olduğu müəyyən edilib:
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.
Qanunsuz kömür istehsal edən 3 quyu aşkarlandı
17
aprel
17:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam