Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev Türk Şurası Sağlamlıq Elmi Heyətinin İstanbulda keçirilən dördüncü toplantısında iştirak edib.
"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Elsevər Ağayev tədbir zamanı çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə ilk gündən ÜST ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.
Ağayev bildirib ki, bugünkü iclasın məqsədi milli səviyyədə atılan addımlar barədə təcrübə mübadiləsi aparmaq, lazım gəldikdə bir-birimizə dəstək olmaq və fövqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
Ermənistanın hücumlarına vurğu edən Ağayev, dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə Azərbaycanın da "digər viruslarla" mübarizə apardığını bildirib. "Düşünürəm ki, Azərbaycan bu virusu koronavirusdan əvvəl məğlub edəcək",-deyə Ağayev qeyd edib.
“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”
31
oktyabr
14:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat