Müharibə təkcə qurbanlar və dağıntılar deyil, həm də böyük xərclər deməkdir. Hərbi münaqişə kredit üzərində qurulmuş iqtisadiyyatın işləmədiyi şəraitdə ölkənin müflisləşməsinə gətirib çıxarır. Ermənistan da istisna olmadı.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Komsomolskaya Pravda” nəşrində dərc olunmuş məqalədə deyilir.
Məqalədə bildirilib ki, Qarabağdakı hərbi münaqişə Ermənistanı dalana dirəyib:
“Qarabağdakı silahlı münaqişədə İrəvan özünü ciddi maddi və insan itkilərinə məhkum edib. Müasir dünya şəraitində sosial şəbəkələrlə ölən və yaralananların sayını gizlətmək və ya kiçiltmək praktiki olaraq mümkün olmasa da, Ermənistan hökuməti maddi itkiləri inkar etməyə çalışır. Lakin tədricən hərbi texnikanın məhvinə dair sübutlar dərc edildikdən sonra Ermənistan hökuməti onları qəbul etməyə başlayır.
Ermənistan 2 milyard dollardan artıq ziyana düşüb.
Nikol Paşinyanın Ermənistan hakimiyyətinə gəlişindən sonra xarici investorları gözləməyə dəymədi. Xarici investorlar yeni hökumətə əvvəlcə nəzər yetirsələr də, daha sonra Paşinyanla iş görməkdən imtina etdilər. Rusiya da öz pullarını keçmiş sovet respublikasına yatırmağa tələsmir, bütün riskləri diqqətlə götür-qoy edir.
Həmin riskləri isə yalnız Qarabağdakı müharibə deyil, həm də Paşinyanın dövründə Ermənistan tərəfindən açılmış “Qazprom” və Rusiya Dəmir Yollarının “qızlarına” qarşı cinayət işi yaradır.
Əksər xarici investorlar üçün daha bir mənfi amil Paşinyanın Soros Fondu ilə sıx əlaqəsidir ki, onun əlaltıları Ermənistan iqtisadiyyatının idarə edilməsi sistemində, demək olar ki, bütün əsas vəzifələri tutub”.
Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV
31
oktyabr
15:48

Qarabağ
KOMMENTLƏR
Paşinyan bu dəfə Putinə məktub yazdı
“Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb” - Kerri Kavano
“Pavel Qraçov nazir təyin olunduqdan sonra Ermənistan ciddi dəstək qazandı” - Rusiyalı hərbi ekspert
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
Bolton planı: 5 rayon qaytarılır, əvəzində... – Sensasion iddia
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat