“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.
Cinayət işi üzrə ittiham olunan general-mayor Bəkir Orucov və 8 nəfərin işi üzrə məhkəmə araşdırması gedir.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfərin məhkəməsi başlayır
18
aprel
15:18

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Meyxanaçı Cavid Sumqayıtlı azadlıqdan məhrum EDİLDİ
Mingəçevirdə xəstə qızını dirəyə bağlayaraq işgəncə verən ata HƏBS EDİLDİ
“Tərtər işi”: Həbs edilənlərdən biri hərbi hissə komandiri olub
"Tərtər işi": Hərbçilərə işgəncə verən bu şəxslər həbs edildi - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat