Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında bildirib.
"Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir", - deyə o qeyd edib.
Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohenc imzalayıb.