“Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
Onun sözlərinə görə, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir.
Komitə sədri Musa Quliyev isə əlavə edib ki, müavinətlərin məbləğinin nə qədər olacağı ilə bağlı suallar olur: “Qeyd edə bilərəm ki, müavinətlərin məbləği mövcud övladlığa götürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən müavinətlərin məbləğindən az olmayacaq, hətta həmin müavinətlərin məbləğindən çox olacaq. Bilirik ki, himayədar ailə modeli ilə əlaqəli iki müavinət növü təsis edilir. Biri aylıq, digəri mövsümi geyimlə təminat üçün veriləcək”.
Himayədar ailəyə götürdükləri uşaqlar üçün nə qədər müavinət veriləcək?
03
may
12:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat