ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 6-dəkTərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.