Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi və ölkənin xüsusi xidmət orqanlarının 27 oktyabr 2020-ci il tarixdə birgə həyata keçirdikləri unikal xüsusi əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-atəş tədbirləri və taktiki orta hündürlüyündəki PUA-dan dəqiq zərbə nəticəsində qondarma “dqr”in “müdafiə naziri” Calal Arutyunyan məhv edilib.
“Yeni Sabah” bildirir ki, Azərbaycan təhlükəsizlik qüvvələri parlaq əməliyyatın görüntülərini də yayıb. Beş gün sonra, cəmi bir neçə saat əvvəl, erməni tərəfi hər halda C.Arutyunyanın ağır yaralandığını etiraf etdi.
Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, separatçı qoşunların komandanı ölüm ayağındadır.
Hərçənd Azərbaycanın Müdafiə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, C.Arutyunyan Azərbaycanın xüsusi əməliyyatı nəticəsində öldürülüb: "Calal Arutyunyanın parçalara bölündüyünə dair təkzibolunmaz dəlillərimiz var. Ermənistan tərəfi C. Arutyunyanı bizə canlı olaraq göstərə bilsəydi, biz bu video sensasiyaya yalnız sevinərdik. Ermənistan KİV-lərinin tirajladığı informasiya qoşunların komandanının həlak olması faktını gizlədən erməni güc strukturlarına ictimai təzyiqin yumşaldılmasına cəhddir".
Azərbaycan Müdafiə Nazirliyi: Bomba Calal Arutyunyanı parça-parça edib
03
noyabr
10:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat