“Baxmayaraq ki, hərbçi qohumum da döyüşlərdə yaralanıb, amma bilirəm, inanıram ki, sonda hamımız sevinəcəyik”.
Bu sözləri müharibə ilə bağlı danışan Xalq artisti Afaq Bəşirqızı deyib.
Sənətçi bütün yaralı əsgərlərimizə şəfa diləyib:
“Cəbhədə gedən döyüşlərlə bağlı təəssüratlarım çox müsbətdir. Əsgərlərimizə tez-tez məktub göndərirəm, səsli mesajlar yollayıram. Onların hər biri bizim üçün əzizdir. Hazırda onların adı bizim ən müqəddəs and yerimizdir. Çox istərdim ki, əsgərlərimizin hamısı sağ-salamat, qələbə ilə evlərinə qayıtsınlar, hamımız onların qayğısına qalaq, onların toyunda qol qaldırıb oynayaq, Qarabağ müqəddəs ziyarətgah olsun, gəlinlərimizi ora aparaq. Mənim əmim oğlu Ərşad da onların içərisində olsun. Mənim qəhrəman, Cəbrayıla bayraq sancan, ilk dəfə o torpaqlarda azan oxuyub, oranı canlandıran balam indi yaralıdır. Mən bütün yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm”.
Aktrisa erməni anlarına səslənərək onları “leş anası” adlandırıb:
“Şəhidlərimizə rəhmət diləyirəm, onların ruhuna yaşından asılı olmayaraq həmişə borcluyuq. Şəhid analarımıza səbr diləyirəm, bir növ də onlara həsəd aparıram. Onlar həqiqətən həsəd aparılmalı anadırlar,çünki şəhid anasıdırlar, leş anası deyillər. Erməni anaları leş analarıdır,  başqa millətin torpağına yiyələnmək və onun uğrunda ölmək leşlikdir, bu kişilik deyil! Torpaq üstündə ölən varsa, Vətəndir. Vətən sağ olsun. Allah bizə səbr versin. Bundan sonrakı işlərimiz daha çoxdur. Ən son dəqiqəni ümidlə gözləyirik. İnşallah, arzularım həyata keçər, əsgərlərimizin əlindən tutub Cıdır düzünə qalxaram”.
O, hazırda sənətçilərin cəbhə bölgəsinə gedərək əsgərlərə stimul verməyinin mümkün olmadığını bildirsə də, qələbədən sonra onlar üçün əlindən gələni edəcəyini deyib:
“Bilirsiniz, İkinci Dünya Müharibəsinin miqyası çox geniş idi. Cəbhələr çox idi, indiki kimi eyni istiqamətdə qızğın döyüşlər getmirdi. Müəyyən yerlər var idi ki, orada aktyorların gedib çıxış etməyi mümkün idi, amma indi isə əks-hücumdur. Bizə düşmən imkan vermir, onların hücumlarının qarşısını alırlar deyə biz gedib fikirlərini yayındıra bilmərik. İndi qaydalara riayət etməliyik, mən özüm də bir neçə dəfə icazə alıb şəhid ailələrinə baş çəkdim, onlarla söhbət etdim, başsağlığı verdim, imkanım  çatanı etdim. Amma ön cəbhəyə getmək olmur, mən də özbaşına gedə bilmərəm. Hərbçilərimiz bizim dəstəyimizi bilirlər, radiolar, saytlar bu barədə durmadan yazır, onların da bundan xəbəri var. İstər incəsənət xadimləri,mədəniyyət xadimləri, istər adi vətəndaşlar hər zaman onların yanındadır, dəstəklərini əsirgəmirlər. Əsgərlərimiz bilirlər ki, bizim dualarımız onlarladır, yollarını gözləyirik. Onlar geri qayıtdıqdan sonra qarşılarında o qədər çıxışlar edəcəyik ki... Mən bir ana kimi müraciət edirəm, qayıdandan sonra da ömür və sağlamlıq vəfa eləsə onlar üçün əlimdən gələni edəcəyəm”.скачать dle 12.1