Ermənilər Tərtərin Səhləbad kəndinə fosforlu mərmi atıb. Bu barədə APA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyat meneceri Mədət Məmmədov məlumat verib. Onun sözlərinə görə, aşkarlanmış partlamamış mərminin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdiriləcək.