"Hər gün yeni yaşayış məntəqələrimizin azad olunduğunu qürurla dinləyirik. Ancaq hər kəndin adı çəkiləndə sevinməklə yanaşı, mənim ürəyim həm də qövr edir. Çünki o kəndlərin, rayonların hər biriylə bağlı unudulmaz xatirəm, təəssüratım var".
"MediaPost" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbacan qəzeti"nin "Qarabağdansınız, Xocalıda doğulmusunuz. O torpaqların yetirməsi kimi qazandığımız qələbələrə Sizin münasibətinizi bilmək istərdik?" sualına cavab verərkən bildirib.
"Hər gün yeni yaşayış məntəqələrimizin azad olunduğunu qürurla dinləyirik. Ancaq hər kəndin adı çəkiləndə sevinməklə yanaşı, mənim ürəyim həm də qövr edir. Çünki o kəndlərin, rayonların hər biriylə bağlı unudulmaz xatirəm, təəssüratım var. İndi yeni torpaqlarımızın azad olunmasını oxuyarkən 90-cı illərin əvvəllərində bu yaşayış məntəqələrinin işğal xəbərlərini eşidərkən keçirdiyim mənəvi sarsıntıları, yaşadığım ruh düşkünlüyünü xatırlayıram. Cənab Prezident vaxtilə o mənəvi məşəqqətləri yaşamış mənim kimi yüz minlərlə insana indi bax, belə böyük sevinc, iftixar hissi bəxş edir.
Möhtərəm Prezident xarici KİV-ə verdiyi müsahəbələrində, xalqa müraciətlərində Qarabağ ərazisinin onun üçün müqəddəs torpaq olduğunu hər dəfə bəyan edir.
Möhtərəm Prezidentimizin qazandığı misilsiz qələbələr həm də Ulu Öndərimizin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” məşhur fikrinin təntənəsi, təsdiqidir".
Ramil Usubov Xocalıda keçirdiyi günlərdən DANIŞDI: - "Unudulmaz xatirələrim var..."
04
noyabr
10:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat