Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 21 ünvanında yerləşən Azər Balahəsən oğlu Dadaşova məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Ətraflı
Belə ki, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi aşkarlanıb. Həmçinin müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinə riayət olunmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi, eləcə də müvafiq qaydalara uyğun havalandırma sisteminin quraşdırılmadığı məlum olub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı müəyyən edilib. Yoxlama zamanı müvafiq müşayiətedici sənədlər və işçinin müayinədən keçməsinə dair tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.
Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Bakıda su müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
22
may
11:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat