Türkiyənin 81 vilayətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi qərarda bildirilib.
Yeni məhdudiyyətlərə görə, bazarlar, marketlər, ictimai nəqliyyat, küçə və prospektlər, parklar, alış-veriş mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə nəzarət tədbirləri gücləndiriləcək.
İctimai iaşə müəssisələri, bərbərxanalar, gözəllik salonları, mərasim evləri, idman zalları, internet kafelər, bilyard salonları, əyləncə mərkəzləri, konsert salonları, üzgüçülük hovuzlarının iş vaxtı saat 22:00-dək müəyyən edilib.
Eyni zamanda, bütün özəl sektora uzaqdan iş rejiminə keçmək tövsiyə edilib.
Qeyd olunub ki, bu gündən etibarən məhdudiyyətlərə əməl etməyən vətəndaş və müəssisələrlə bağlı ölçü götürüləcək.
Türkiyənin 81 vilayətində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib
04
noyabr
16:09

Qarabağ
KOMMENTLƏR
Xüsusi karantin rejimiylə bağlı yeni qərar qüvvəyə mindi - SİYAHI
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Zaqatalada sürücü və sərnişinlər cərimələndi
SMS LƏĞV OLUNUR, KAFELƏR AÇILIR, BU SAHƏLƏRDƏ İSƏ... - Hökumətdən karantinlə bağlı yeni qərar + TAM SİYAHI
Son dəqiqə! Azərbaycanda xüsusi karantin rejimi 31 maya qədər uzadıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat