“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində jurnalistin “Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir?” sualına cavabında deyib.
Dövlət başçısı bildirib ki, biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik:
“Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”.
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
05
noyabr
15:51

Qarabağ
KOMMENTLƏR
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
Prezident İspaniyanın EFE informasiya agentliyinə müsahibə verdi - TAM MƏTN
İlham Əliyevdən alman jurnalistə dərs: "Bu, milli qürur məsələsidir"
“Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini tam YERİNƏ YETİRDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat