Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda "N" hərbi hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.
Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.
Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Ordumuzun təlimində şərti düşmənin hədəfləri zərərsizləşdirilib
31
may
10:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat