Mayın 25-də itkin düşmüş 1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***
Qaxda itkin düşən 70 yaşlı kişinin meyiti Kür çayının sahilində tapılıb.
Qax şəhər sskini 1953-cü il təvəllüdlü Yusifov Davud Həsil oğlunun itkin düşməsi barədə onun yaxınları Qax rayon Polis şöbəsinə məlumat veriblər. 70 yaşlı kişinin meyiti bu gün Qax rayonunda Kürmük çayının sahilində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1