Moskvada Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.
Iclas Rusiya paytaxtında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə baş tutub.
Rusiya Hökumətinin açıqladığı məlumata görə, görüş konstruktiv şəraitdə keçib.
"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.
Danışıqların nəticələri barədə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.
Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər", deyə məlumatd qeyd olunub.
Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı razılığa gəldi - BƏYANAT
03
iyun
10:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat