Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.
Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.
Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Qeyd edilib ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.
Quru Qoşunlarının artilleriya rəislərinin toplanışı oldu
05
iyun
12:22

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər