"Yalana, hiyləgərliyə və digər kələklərə yönümlü olan Ermənistan rəhbərliyi Laçın dəhlizi vasitəsilə hərəkəti bağlayaraq faktiki olaraq Xankəndidə 80 erməni və xarici jurnalisti girov götürüb. Jurnalistlərlə bu oyunun əsas fiqurantı, erməni hərbçilərinin qurban rolu hazırladığı rusiyalı hərbi jurnalist, “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovdur".
 Bunu "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov bildirib.
O qeyd edib ki, Semyon Peqov Azərbaycan ordusunun Dağlıq Qarabağda əks-hücum əməliyyatlarına başladığı ilk günlərdən işğal olunmuş ərazilərə gəlib:
"Oraya Rusiyanın həm dövlət, həm də özəl KİV-lərinə çox jurnalistlər gəlib, amma onlardan fərqli olaraq məhz Semyon Peqova Qarabağ separatçılarının ödənişli ruporu rolu tapşırılıb. Erməni mənşəli rusiyalı media maqnatı Aram Qabrelyanovun sadiq qulluqçusu olan keçmiş bloger Semyon Peqov öz sahibinin vəsatləri hesabına jurnalistə və “WarGonzo” layihəsinin müəllifinə çevrildi. Sonradan məlum olduğu kimi, erməni ideoloji təxribatlarının və Azərbaycana qarşı psixoloji müharibənin aləti kimi yaradılan “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov deyil, Aram Qabrelyanovun özüdür".
Siyasi şərhçi deyib ki, internetdə rusiyalı media maqnatı Aram Qabrelyanovun “WarGonzo”nun aparıcısı Semyon Peqovu məktəblıi kimi danladığı video var:
"Məlumatlar da var ki, “WarGonzo”nin “V Kontakte” sosial şəbəkəsindəki kanalının administratoru da erməni qadındır. Bu faktı Semyon Peqov özü də gizlətmir və öz kanalında təsdiq edib ki, ermənilər həqiqətən onun kanalını idarə edir, özü isə yalnız “özgə oyunda fiqurdur”. Erməni rəhbərlərinin tapşırığı ilə Peqov qondarma “DQR müdafiə ordusu”nun forması ilə hərbi postları keçməklə ermənilərin döyüş ruhunu yüksəldir. O, bəzən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibindən daha əvvəl erməni ordusunun növbəti ağır məğlubiyyəti barədə məlumatları təkzib edir. O, Azərbaycan tərəfində döyüşən minlərlə terrorçu barədə erməni sərsəmləmlərini tirajlayır, amma eyni zamanda özü ilə çiyin-çiyinə döyüşən Livan, Suriya və digər ölkələrdən erməni terrorçuları görmür. Bu faktları gizlətməklə Semyon Peqov faktiki olaraq xaricdən Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə gələn terrorçulara cinayətkar əlaqələrə girir".
E.Ələsgərovun sözlərinə görə, bu günlərdə Peqov Şuşa yaxınlığında erməni əsgərlər barədə tərifləyici reportaj hazırlamaq istəyirmiş, amma yekunda atəşə məruz qalıb və güclə canını qurtarıb:
"Bu səhnə onu təsdiq edir ki, cəbhədə məğlub olmaqla erməni hərbçilər sadəlövh bloger Semyon Peqova qurban rolu hazırlayıb. Onu faktiki olaraq Azərbaycan güllələrinin qarşısına qoyurlar ki, sonra Bakını “rusiyalı jurnalistin öldürülməsində” ittiham etsinlər. Həm də ola bilər ki, ermənilər onu özləri vursun və onun ölümündə Azərbaycan tərəfini günahlandırsın. Bu üsul erməni təxribatçıları tərəfindən çoxdan tətbiq olunur və buna “qədim xalq”ın tarixində çoxsaylı sübutlar gətirmək olar. Erməni media maqnatı Qabrelyanovun rusiyalı girovu Semyon Peqovun hekayəsinin necə başa çatacağı, eləcə də ermənilərin Xankəndidə saxladığı xarici jurnalistlərin taleyi maraqlıdır".
 скачать dle 12.1