Salam, əsgər…
Bu məktubu sənə dərin, sanki sualtı səssizliyə dalmış sübhün qaranlığından yazıram. Bil ki, doğma torpaqlarımız uğrunda savaşa yollandığın gündən burada hər sübhümüz belə açılır… – mərmi səsləri, raket zərbələri, partlayışlar dolu qanlı-qadalı, lal sükutla...
Sən savaşa qalxan gündən buralarda hər şey dəyişib – gecələr, gündüzlər, düşüncələr, duyğular, bir-birimizə münasibətlər... Gecələr ətraf sanki dinc yuxu sükutuna qərq olsa da, əslində heç bir dinclik, yuxu yoxdur. Hər ev, hər kəs sənin ardınca irəlilədiyin sürüşkən cığırlarla, addım-addım qalxdığın sıldırımlı qayalıqlarla yeriməkdə, sənə tuşlanan güllələri, mərmi qəlpələrini havadaca sinələri və ovuclarıyla tutmaqdadır…
İndi haradasan, əsgər?.. Ardınca addım-addım kölgə tək sürünən bizləri eşidirsənmi?.. Qarlı-şaxtalı fevral gecəsi isti yatağından qaldırılıb amansız işgəncələrlə qətlə yetirilən soydaşlarının, erməni divanından canını qurtarmaq üçün yalın ayaqlarla qarlı meşələrə qaçan alagözlü, gözəlüzlü xocalılıların qalib bayraqlartək bizimlə çiyin-çiyinə sənin ardınca addımladığını duyursanmı?.. Bilirəm, şəhidlərimizin, günahsız, məsum qurbanlarımızın ağrısından bərkiyib polada dönmüş vücudun bədənində açılan güllə yaralarını hiss etmir… Yaralı, yorğun bədənin torpağa düşsə də, qəlbində məşəltək daşıdığın müqəddəs üçrəngli bayraq enmir! O bayrağı son nəfəsinəcən, aldığın torpaqlarımızın son qarışınacan dik tutacağını bilirəm, ey mənim igid əsgərim!
“Torpaq, uğrunda ölən varsa, vətəndir” – deyirlər. Amma axı Vətən tək bir torpaq, təbiət, meşələr, dağlar deyil?! Vətən hər şeydən əvvəl onun uğrunda öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən İgid!
Var ol, əsgər! Yaşa, igid Vətən!
Afaq Məsud
İndi haradasan, əsgər?..
06
noyabr
16:13

Qarabağ
KOMMENTLƏR
Azərbaycanlı əsgər bronjiletsiz gəldi, silahı yerə qoydu və... - Erməni əsir (VİDEO)
“İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır” - Əsgər atası - Video
Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ
Əsgər məktubu: “Düşmənə qan uddururuq”
“Başqasının bayrağına hörmət etməlisən ki, sənin də bayrağına...” - DEPUTAT
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat