Hazırda Azərbaycan müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib. Lakin koronavius infeksiyası ilə bağlı vəziyyəti də unutmaq olmaz. Çünki son vaxtlar koronavirusa yoluxanların, ölənlərin sayında artım müşahidə olunur. Məsələn elə dünən ölkəmizdə 1364 yoluxma, 768 sağalma və 14 ölüm halı qeydə alınıb.
Artımın səbəbi aydındır: sosial məsafə saxlanılmır, maska və digər qoruyucu vasitələrdən istifadə olunmur. Bundan əlavə, bəzi mağazalarda da qaydalara əməl olunmadığı üçün koronaviusun dinamikası artan xətt üzrə davam edir. Mağazaların kassaları birbaşa koronavirus mənbəyi hesab olunur.
Bununla bağlı "Sherg.az"a danışan cərrah-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, ictimai qınaq olmalıdır. İnsanlar qaydalara əməl etməyən şəxsləri bu mövzuda qınaq obyektinə çevirsələr, onlar çəkinər və yoluxmanın müəyyən qədər qarşısı alınar:
“Biz müharibə dövründəyik. Dövlətimizə çox güc düşüb. Hər yer bağlanarsa, bu daha böyük problemlərə gətirib çıxara bilər.
Bundan başqa, avtobuslarda sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi (BNA) daha çox avtobus istifadəyə verilməlidir.
Mağazalarda isə kassirlər maska, sipər və əlcəkdən istifadə etməlidir.
Müştərilər də həmçinin maska və spirtdən istifadə etməli, məsafə saxlamalıdır.
Düşünürəm ki, böyük marketlərdə koronavirus infeksiyası ilə bağlı qaydalara daha çox əməl olunur və bu problemlərə əsasən kiçik marketlərdə rast gəlinir. Ona görə də kiçik marketlərdə mütəmadi yoxlamalar aparılmalıdır".
Yoluxmanı artıran amillər: - “Avtobuslar və mağazaların kassası...”
06
noyabr
16:32

Qarabağ
KOMMENTLƏR
DİQQƏT! Azərbaycanda virusla bağlı vəziyyət gərginləşir - VİDEO
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
“Koronavirus təhlükə olaraq qalır”
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Əhalinin nəzərinə! Karantin rejimi vaxtından tez bitə bilər — AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat