“İyun ayında kirayə mənzil bazarında qiymətlərin enməsi müşahidə olunacaq”.
Bunu Qaynarinfo.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib.
Onun sözlərinə görə, buna səbəb iri şəhərlərdə kirayə qalan tələbələrin tədris ili bitdiyindən evləri təhvil verməsidir.
“Amma elə yerlər var ki, tələbələr yaşadığı kirayə evi təhvil vermirlər. Həmin yerlərdə kirayə evlərin qiyməti enməyəcək. Bu gün kirayə mənzil bazarında ən çox tələbat 500 manata kimi olan evlərədir. Bu da əsasən Bakı və Sumqayıt şəhərlərini əhatə edir, çünki ali məktəb müəssisələrinin əksəriyyəti bu şəhərlərdədir. Kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edirlər. Yay aylarında tələbələr evləri sahiblərinə təhvil verəndə kirayə mənzil bazarında təklif çoxalır”, - deyə ekspert bildirib.
Elnur Əsədovun sözlərinə görə, kirayə qaldıqları evlərin şəraitindən narazı olan ailələr tələbələrin təhvil verdiyi evlərə üstünlük verirlər. “Bu evlərin isə kirayə qiymətində enmə müşahidə olunmur, əksinə 5-10% artır”, - deyə E.Əsədov vurğulayıb.
Kirayə evlər ucuzlaşacaq - SƏBƏB
08
iyun
15:30

Qarabağ
KOMMENTLƏR
Tələbələrin kirayə ev tapmasında çətinlik yaranıb - AÇIQLAMA
Bakıda kirayə mənzillərin qiyməti BAHALAŞACAQ
Karantin yumşaldıldı - Kirayə mənzillərin qiyməti artacaq?
Kirayə mənzil bazarında bahalaşma varmı?- Ekspertdən açıqlama
Dərslərin başlaması kirayə mənzil bazarına necə təsir edəcək? - Ekspert rəyi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat