Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Ukraynada Azərbaycan konsulluğuna silahlı hücum etməsi ilə bağlı bəyanat verib.
XİN-dən verilən məlumata görə, bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub.
Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.
Konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb.
Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.
Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik. Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcək.
XİN-dən ermənilərin Xarkovdakı hücumu ilə bağlı bəyanat
07
noyabr
13:23

Qarabağ
KOMMENTLƏR
Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar... - VİDEO
Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu atəşə tutuldu - FOTO
Azərbaycanın Los-Ancelesdəki baş konsulu türk restoranına qarşı törədilmiş zorakılığı pislədi - VİDEO
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
Ukraynada dövlət bayraqları endirilib
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər