Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə aid olduğu bilinən tvitter səhifəsindən davamlı təhdid mesajları alır.
Bu barədə sosial şəbəkədə məlumat verib. Səfir tvit ataraq bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları paylaşır. Səfirin paylaşdığı şəkildə sözügedən səhifə "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alan paylaşım edib.
"Erməni saxtakarlar mənə qarşı bir başa hücumlara və təhdidlərə keçir. Xocalı soyqırımını törədənlərdən başqa bir şey gözləyə bilməzdim", deyə diplomat vurğulayıb.
İtaliyalı siyasətçi, Avropa Parlamentinin Deputatı Aldo Patriçielli bununla bağlı səfirə dəstək mahiyyətli paylaşım edib və onunla həmrəy olduğunu qeyd edib: "Bu saatlarda təhdidlərə və mənasız hücumlara məruz qalan səfir Məmməd Əhmədzadə ilə tam həmrəyik. Siyasi mübahisələr heç vaxt qarşılıqlı hörmət hüdudlarından kənara çıxa bilməz".
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan İtalianın "La Republica" qəzetinin Peitro Del Renin ünvanına qarşı da hücumlar həyata keçirmişdi. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat vermişdi:
"İndi İtaliyanın "La Repubblica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisinin fiziki təhdidinə məruz qalan "TF1" və "New York Times" jurnalistlərinə qarşı da eyni hal baş vermişdir. Azad mediaya və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq"
Ermənilər İtaliyadakı səfirimizi təhdid edir
07
noyabr
14:50

Qarabağ
KOMMENTLƏR
“Ermənistan dinc şəhərlərə hücumlara son qoymalıdır“ - Belarus səfiri
Ermənilər fransalı deputatı ölümlə hədələyir
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
Gürcüstan prezidenti Dursun Həsənovu qəbul etdi
Bu ölkədən Türkiyəyə dəstək gəldi: Dünyanın imperatoru...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat