15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Hövsan, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Göygöl, Salyan və Ağsu rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edilib.
Göygöl rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.
Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramının əsası qoyulub və ötən dövrdə uğurla davam etdirilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı uğurla davam etdirilir. Bu il artıq 360, postmüharibə dövründə 4860, ümumilikdə ötən dövrdə 13660 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub. Bu gün Göygöldə isə 12-si qazi, 18-i şəhid ailəsi olmaqla, 30 ailəyə mənzil təqdim edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkəmizin hər bir bölgəsində olduğu kimi, Göygöl rayonunda da şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu, bu sahədə görülən işləri diqqətə çatdırıb.
Mənzillərlə təmin edilən vətəndaşlar sosial dəstəklə əhatə olunduqlarından razılıqlarını bildirib, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Şəhid ailələrinə və əlillərə 100 mənzil verildi
15
iyun
14:11

Qarabağ
KOMMENTLƏR
Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM
Daha 30 şəhid ailəsi və qaziyə ev verildi - FOTOLAR
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat