Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik.
İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim.
Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.
Pendarovski İlham Əliyevi təbrik etdi
20
iyun
16:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat