"Azərbaycan və Ermənistan arasında suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması perspektivləri açılıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Xəzər Bağlantı Konfransında çıxışı zamanı deyib.
Nazir həmçinin Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinliklər diqqətə çatdırılıb. скачать dle 12.1