Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər.
Bu barədə iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlət başçısı deyib: “Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”. Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.
"Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb" - Prezident
23
iyun
13:39

Qarabağ
KOMMENTLƏR
"Bölgəmizdə yeni təhdidlər mövcuddur" - İlham Əliyev
"Bu, qarşıya vəzifə kimi qoyulub və uğurla icra edilir" - Prezident
"Döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq" - Prezident
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb
30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat