İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti qeyd edilən tarixlərdə adi iş günü qrafiki ilə tənzimlənəcək. Bununla əlaqədar “28 May”-“Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” stansiyasında “qırmızı” və “yaşıl” xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artıq olacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilənləri nəzərə alaraq, iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 26-dan iyulun 3-nə qədər ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May”-“Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artıq olacaq.
Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə metropolitenin rəsmi saytında müvafiq bölmədə
(http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.
Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq.
İş və istirahət günlərində “bənövşəyi” xətdə və “Xətai”-“Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq.
Sabahdan metropolitendə qatarların hərəkət rejimi dəyişdirilir
23
iyun
14:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat