Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb.
E.Məmmədov məktubunda yazıb:
Hörmətli Prezident,
Cənab Ali Baş Komandan!
Qarabağ uğrunda gedən müharibənin taleyini həll edən Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm.
Bu qələbə sadəcə müharibənin taleyini həll edən savaş uğuru deyil. Bu qələbə həm də Millətin qürurunu özünə qaytaran uğurdur. Bu qələbə 1992-ci ildə “Şuşanın dağlarında toy” edən düşmənə toy tutulmasıdır. Bu qələbə tək işğalçıya deyil, həm də onun havadarlarına verilən dərsdir.
Bu qələbə müharibəni tamamlayacaq kapitulyasiya aktına düşmənin boyun əyməsinə aparacaq yolu açan Əsgərimizin imzasıdır. Şəhidlərimizin və Qazilərimizin qanı ilə qoyulacaq bu İmza Azərbaycana və bütün Qafqaza sülh gətirəcək. İşğalçını sülhə məcburetmə əməliyyatını həyata keçirən və gələcəkdə bu sülhün təminatçısı olacaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Sizi bu günkü bayram münasibəti ilə təbrik edir və üzərinizə düşən ağır, lakin xoşbəxt bir missiyanın - Qalib Ordunun və Qalib Millətin Rəhbəri vəzifəsinin həyata keçirilməsində uğurlar arzulayıram. Xalqımız həm Qələbəyə, həm də sabit və firavan həyata layiqdir”.
Etibar Məmmədovdan İlham Əliyevə məktub: “Bu, düşmənə toy tutulmasıdır”
09
noyabr
17:51

Qarabağ
KOMMENTLƏR
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək...”
İlham Əliyevdən qələbə işarəsi! (VİDEO)
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat