“Hərbçi olmaq çox çətindir. Gözümü açıb belə görmüşəm. Biz 2004-cü ildən Vətənə təmənnasız qulluq edirik. Hərbi əməkdaşlığa görə aldığım medal elə belə deyil. Əslində mənim və həyat yoldaşım Rövşən üçün fərqi yox idi, biz hərbi qurumda olsaydıq, olmasaydıq da hər ikimiz bu yöndə işlər görəcəydik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı, müğənni Elnarə Xəlilova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
övlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovla ailəli olan sənətçi bildirib ki, 19 ildir ki, həyatını hərbi sahəyə bağlayıb:
“Hamımız bilirik ki, Rövşən zaman-zaman televiziyada “Hər şey Vətən üçün”, “And yerimiz Vətən!”, “Vətən sağ olsun!” kimi layihələr edib. Onun bir sıra layihələrində mən də iştirak etmişəm. O zaman mən onunla ailəli deyildim. Mən nə bacarmışamsa, onu da etmişəm. Aylarla kazarmada qalmışam, əsgər yataqxanasında yatmışam, əsgər yeməkxanasında yemək yemişəm. Bildiyiniz, qulluq etmişəm. “Instagram” sosial şəbəkə hesabımda “Göy təpə”də güllə atdığımız səhnələri paylaşmışam. Onu da görə bilərsiniz. Kəndirlə helikopterə qalxmışam. Yatmışam yanımdan tank gəlib keçib. Hər bir şey etmişəm”.
E.Xəlilova vurğulayıb ki, səkkizinci sinifdə oxuyan böyük oğlu Tuğay sənədlərini Dövlət Sərhəd Xidmətinə verməyi düşünür: “
Rövşən harada olursa, əsasən, oğullarım da onunla bir yerdə olurlar. At çapırlar, helikoper idarə edirlər, gəmidə olurlar. Böyük oğlum Tuğay deyir ki, siz məni fikrimdən döndərə bilməyəcəksiniz. Biz onu fikrindən döndərmirik. Düşünürük ki, hələ ki o uşaqdır. Səkkizinci sinifdə oxuyur. Fikirləşirik ki, Tuğay hələ qərarını verməyib. Bəlkə, daha yaxşı fikirləşsin, bəlkə, başqa sahədə özünü daha yaxşı sınaya bilər. Həyatdır, heç kim bilə-bilməz ki, necə olacaq.Biz istəyirik ki, daha loyal şəkildə oğlumuz öz qərarını versin. Biz hərbçi olmağın çətinliyini bilirik. Özümüz də yer görmürük. Gecən-gündüzün yoxdur. Hərbçinin həyatı budur. Lakin Tuğay söyləyir ki, məni başqa sahəyə istiqamətləndirsəniz də, universitetimi bitirən kimi, sənədlərimi hərbiyə, Dövlət Sərhəd Xidmətinə verəcəm”.
Qeyd edək ki, Elnarə və Rövşən cütlüyünün dörd övladı var.
“Aylarla kazarmada, əsgər yataqxanasında yatmışam” - Elnarə
27
iyun
15:54

Qarabağ
KOMMENTLƏR
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”