İyulun 3-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edir.
Qurumdan verilən məlumata görə, Bakıdan saat 08:25-də yola düşəcək qatar Sabunçu stansiyasına saat 08:42-də, əks istiqamətdə saat 08:52-də yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 09:07-də çatacaq.
Eyni zamanda iyulun 3-dən etibarən Ağstafadan Bakıya yola düşən qatarın paytaxta saat 23:15-də çatmasını nəzərə alaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 22:45-də yola düşən sonuncu sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib. Belə ki, 3 iyul tarixindən etibarən müvafiq istiqamət üzrə qatar yenilənmiş cədvələ əsasən saat 23:45-də yola düşəcək.
Bununla yanaşı, həftə içi Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə saat 13:30-da, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə saat 14:30-da hərəkətdə olan reyslər həftəsonları və qeyri-iş günlərində də eyni saatlarda hərəkətdə olacaqlar.
Qeyd edilən dəyişikliklərlə əlaqədar Bakı-Sumqayıt-Bakı sürətli qatarlarının hərəkət qrafiki yenilənib.
Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir - Cədvəl
01
iyul
12:30

Qarabağ
KOMMENTLƏR
Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bakı-Ağstafa dəmiryolu xətti üzrə əlavə reyslərin sayı bir qədər də artırılıb
ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir
Bayram günlərində Bakı-Gəncə-Bakı qatarlarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu