İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşısı bir neçə əməliyyat keçirilib, saxlanılanlar var.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı narkotik tərkibli bitkilər becərməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Mamedov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan həmin şəxsin xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkar edilib.
Keçirilən digər əməliyyat zamanı isə rayon sakini Taleh Dəmirli saxlanılıb. Onun yaşadığı kənd ərazisində çöllük sahədə becərdiyi ümumi çəkisi 4 kiloqrama yaxın olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İsmayıllıda narkotik yetişdirən şəxs saxlanılıb
04
iyul
15:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat