Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının növbəti birgə əməliyyat keçirib. 
04.07.2023-cü il tarixdə Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda 17 saylı cəzaçəkmə müəsisəsində saxlanılan məhkum Məmmədov Allahverdi Nuriddin oğlunun azadlıqda olarkən Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində gizlətdiyi bir ədəd əl qumbarası və partladıcısı aşkar edilərək götürülmüşdür.
Əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.
Faktla bağlı araşdırma aparılır.
  • Ədliyyə Nazirliyi Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi (FOTO)
скачать dle 12.1