İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
Dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğulayıb.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirib, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
İlham Əliyev İraqın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
05
iyul
13:41

Qarabağ
KOMMENTLƏR
İlham Əliyev İraqın Baş nazirinin müavinini qəbul edib
Prezident Əli Şamxanini qəbul etdi - YENİLƏNİB
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev İraqın neft nazirini qəbul etdi - YENİLƏNİB
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat