Bu il Türkiyənin yerləşdiyi coğrafiyada havanın temperaturu 50 dərəcəyə çata bilər.
Bu barədə türkiyəli professor Levent Kurnaz xəbərdarlıq edib.
Professor 2023-cü ilin bəşəriyyətin indiyə qədər yaşadığı ən isti il olacağını və ən yüksək temperatur rekordunun Türkiyədə qırılacağını bildirib: “İndiyə qədər 49,1 dərəcə gördük”.
Kurnaz, havanın temperaturunun 50 dərəcədən yuxarı qalxacağını çox asanlıqla görə biləcəklərini vurğulayıb: "Dünya ilk dəfə dəhşətli istilərə şahidlik edəcək".
Mütəxəssis qlobal istiləşməyə səbəb kimi kömür, neft və təbii qazı göstərib.
Professor bildirib ki, bu il daha 10-12 rekord gün yaşanacaq: "Belə olan halda 2023-cü il insanların yaşadığı ən isti il olacaq. Bundan sonra yaşayacağımız hər fəsil öz fəsillərinə, yəni əvvəlki temperaturlarına nisbətən daha isti olacaq. Gənc də olsan, çöldə 40 dərəcə isti olanda "mənə heç nə olmayacaq" deməməlisən. İsti hava şəraiti hər kəsə mənfi təsir edə bilər. Amma ilk növbədə körpələri və qocaları qorumalıyıq. Onların olduğu mühitdə havanın temperaturu 40 dərəcəyə çatmamalıdır".
Qızmar günlər gəlir: 50 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
06
iyul
12:48

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər