Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğuladı, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.
Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd etdi, ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğuladı.
Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını dedi, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirdi.
Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olundu.
İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB
06
iyul
13:17

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi