Problemsiz eşq həyatı istəyən insanlar yaşadıqları mənfi təcrübələrə görə çox vaxt ehtiyatlı davranmağa məcbur olurlar. Xüsusilə, qadınlar intim münasibətə başlamazdan öncə dəfələrlə ulduz falı uyğunluğunu araşdırırlar.
Eşq məsələlərində məsuliyyətin öhdəsindən gələ bilməyən bürclər üzə çıxıb.
Yenisabah.az ən çox boşanan insanların hansı bürclərdən olduğunu təqdim edir:
Astrologiyaya görə, ən çox boşanan insanlar aşağıdakı bürclərdəndir:
Dolça, Oxatan, Balıqlar və Əkizlər.
Dolçalar evlilikdən asanlıqla imtina edə bilirlər
Onlar öhdəlikdən qorxurlar. Bu insanlar azadlığı sevirlər. Daim macəra axtaran dolçalar qeyd-şərtsiz, məsuliyyətlərdən uzaq münasibətlərə üstünlük verir. Ənənəvi evlilik və monoqamiya Dolçanın həyat tərzinə uyğun gəlmir. Onlar bunun əvəzinə, həyatlarını mümkün qədər az bağlılıqla yaşamağa üstünlük verirlər. Evlilik onlarda boğulma hissinə səbəb olur və xırda dava-dalaşda da evlilikdən imtina edə bilirlər.
Rahatlığa meylli "Oxatanlar" boşanmaqdan qorxur
Oxatanların münasibətin ilk aylarında çox yaxşı olur və partnyorları ilə əla yola gedirlər. Bununla belə, onların daimi səyahət, gəzmək həvəsi oxatanları bir yerdə daimi qalmasını çətinləşdirə bilər. Evlilikdə Oxatanın azad hiss etməyi çox vacibdir. Özünü azad hiss edirməyən və ya geridə qalmış kimi hiss etdirən partnyorlarını boşanmaqdan qətiyyən qorxmurlar.
Balıqların sevgisi zamanla məsafəyə çevrilə bilər
Balıqlar, şübhəsiz, ən romantik bürclərdən biridir. Onlar həssaslıq və ünsiyyətin uğurlu münasibətin açarı olduğunu başa düşürlər. Xəyalpərəst balıqlar partnyoru tərəfindən emosional olaraq başa düşüldüyünü hiss etdikdə ən sadiq adama çevrilirlər. Balıqlar partnyorunun onlara qeyd-şərtsiz sevgi və dəstək vermədiyini hiss etdikdə ondan avtomatik olaraq uzaqlaşırlar. Əgər Balıqlar partnyorunun evlilikdə münasibət üçün eyni səyi göstərmədiyini hiss etsələr, onu rahatlıqla tərk edə bilirlər.
Əkizlər hər kəslə dost ola bilər, amma...
Dostcanlı və ünsiyyətcil olan bu bürc yeni insanlarla tanış olmaq üçün çox vaxt sərf etməyə məcbur olmur və rahatlıqla yeni biri ilə dost olur. Buqələmun Əkizlər hər kəslə dost ola bilər.
Onların partnyorlarının dostu olması xüsusilə vacibdir. Əkizlər yalnız partnyoru ilə ünsiyyət qura bilmədiyini və bağlılığını itirdiyini hiss etdikdə boşanmaq məcburiyyətində qalacaqlar.
Əgər Əkizlər üçün işlər istədiyi kimi getməsə, boşansa, bu bürc üçün yeni bir ruh əkizi tapmaq elə də çətin olmayacaq.
Boşanma ehtimalı daha yüksək olan 4 bürc
07
iyul
12:55

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər