Xalq artisti Röya Ayxan istirahətini necə keçirəcəyini açıqlayıb.
"MTV Maqazin" proqramının qonağı olan Röya yayda konsertinə hazırlaşacağı üçün xaricə səfər etməyəcəyini bildirib. O, yayı öz evində, hovuz kənarında keçirəcəyini qeyd edib:
“İki ay bu isti havalarda, günün altında konsert məşqlərim olacaq. Amma günortalar öz evimdə, hovuzun kənarında olacağam. Mən özüm üçün elə bir şərait yaratmışam ki, heç yerə uçmaq lazım deyil. Düzdür, oğlum Hüseynlə tətilə gedəcəyimizi fikirləşmişdik. Oğlumu çox yerlərə göndərdim, sonra ona dedim ki, iki ay mən evdən çıxa bilməyəcəyəm. Bu zamanda bir yerdə ana-oğul istirahət edərik”.
Qeyd edək ki, Röya Ayxan sentyabrın 1,2 və 3-də canlı solo konsert proqramı ilə pərəstişkarları önündə çıxış edəcək.
“Özüm üçün elə şərait yaratmışam ki...” - Röya
15
iyul
13:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat