Ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün media nümayəndələri üçün təşkil edilən tədbirdə çıxışı zamanı deyib.
V.Qurbanovun sözlərinə görə, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən Hemodializ Mərkəzlərində xidmətin təşkilinin dəyərləndirilməsi məqsədilə Fəaliyyət Planının hazırlanması və mərhələlər üzrə icrası həyata keçirilib:
“Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb. Eləcə də şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb. Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin ilk 6 ayı ərzində 4 839 yeni xəstə qeydiyyata alınıb”.
“Dağınıq skleroz xəstələrinin reyestrində olan xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb”, - deyə o qeyd edib.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb
17
iyul
15:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat