Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Bu barədə Xidmətdən məlumat verilib.
Düşən yağıntının miqdarı Astarada 54 mm, Biləsuvarda 39 mm, Balakəndə 36 mm, Lənkəranda 34 mm, Yardımlıda 28 mm, Neftçalada 24 mm, Lerikdə 22 mm, Sabirabadda 18 mm, Qax 17 mm, Göytəpə, Şəkidə 15 mm, Şahdağ, Oğuzda 9 mm, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6 mm-dək olub. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Duman Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub.
İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib.
Ötən gün temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.
İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.
Paytaxtda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub
18
iyul
09:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat