Tədqiqatçılar qocalmağa səbəb olan “zombi hüceyrələrini” yox edə biləcək CUDC-907 molekulunu kəşf ediblər.
İngiltərənin Lester Universitetinin tədqiqatçıları CUDC-907 molekulunun kəşf edildiyini rəsmən elan ediblər. Bu molekul qocalma əleyhinə müalicədə istifadə edilə bilər.
Laboratoriya təcrübələrində belə qənaətə gəlinib ki, CUDC-907 molekulu zamanla funksiyasını itirən və toxumalarda yığılaraq qocalmağa səbəb olan “zombi hüceyrələrini” məhv edə bilir. Sınaqlarda CUDC-907-nin bir neçə yan təsir istisna olmaqla, gənc və sağlam hüceyrələrə zərər vermədiyi müəyyən edilib.
Bundan başqa, tədqiqatçılar CUDC-907 molekulundan istifadə edərək yeni bir dərmanın xərçəng müalicəsindən sonra bədəndə qalan hüceyrələri təsirli bir şəkildə aradan qaldıra biləcəyini də bildirirlər. Onlar dərmanın həm xərçənglə, həm də xərçəngin təkrarlanmasına səbəb olan köhnə hüceyrələrlə mübarizə apara biləcəyini bildirirlər.
Qeyd edək ki, “zombi hüceyrələri” yaşlanma ilə ortaya çıxan, bölünməyi rədd edən hüceyrələrdir. Ölməyən, lakin normal hüceyrə funksiyalarını yerinə yetirə bilməyən “zombi hüceyrələri” yaşlanma ilə əlaqəli xəstəliklər, o cümlədən osteoartrit, ateroskleroz, altsheymer və parkinson kimi nevroloji degenerativ xəstəliklərə səbəb olur.
Gənc bədən “zombi hüceyrələri” və toxumalarını təmizləyə bildiyi halda, immun sistemi yaşlandıqca, təmizləməni dayandırır və bu hüceyrələr toxumalarda toplanır, nəticədə qocalmağa səbəb olur.
Alimlərdən yeni kəşf: Bundan sonra heç kim qocalmayacaq
18
iyul
14:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat