Nazirlər Kabineti “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”na dəyişiklik edib.
Qərara əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən götürüləcək.
скачать dle 12.1