Oktyabrın 28-də ölkədə qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
скачать dle 12.1