"Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev 19 iyul 2023-cü il tarixində, 58 yaşında Moskvada vəfat edib. Rüfət Babayev iyulun 21-də Bakı şəhərində Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.